Rusiyada qəzaya düşən vertolyotda baş nazirin keçmiş müavini də olub - 2 övladıyla birlikdə

Rusiyanın Altay bölgəsində R-66 Robinson vertolyotu qəzaya düşüb.

AzNews.az Tass-a istinadən xəbər verir ki, vertolyotda 5 sərnişin olub. Sərnişinlər arasında Altay Respublikasının baş nazirinin keçmiş müavini, xanımı və uşaqları da olub. Vertolyot Teletski gölünə düşüb.

Hadisə ilə bağlı insintaq işi açılıb. Qəzanın səbəbləri pis hava şəraiti, texniki nasazlıq və ya pilotun səhvi ola bilər.

"Altay-avia" aviaşirkəti "Robinson" vertolyotu ilə Teletski gölünə ekskursiya təşkil edir. Uçuş 3-3.5 saat davam edir.