Niderland kralı Villem-Aleksandr aprelin 27-də keçiriləcək 50 illik yubiley tədbirinə onunla eyni gündə anadan olan 150 nəfəri də dəvət edəcək. Niderland kralı Villem-Aleksandr aprelin 27-də keçiriləcək 50 illik yubiley tədbirinə onunla eyni gündə anadan olan 150 nəfəri də dəvət edəcək.

Kral yubileyinə onunla eyni gündə doğulanları da dəvət etdi

Niderland kralı Villem-Aleksandr aprelin 27-də keçiriləcək 50 illik yubiley tədbirinə onunla eyni gündə anadan olan 150 nəfəri də dəvət edəcək.

AzNews.az Frans Press agentliyinə istinadən xəbər verir ki, kralın yubileyinə gəlmək üçün, əvvəlcədən xüsusi saytda qeydiyyatdan keçmək lazımdı. Martın 3-də isə qeydiyyatdan keçənlər arasında püşkatma olacaq.

Şərtlərə görə kralla eyni gündə anadan olan şəxslər həm də Niderlandda minimum 20 il yaşamalı və yaşı 5 rəqəminə bölünə bilməlidir.

Seçilən şəxslər, aprelin 28-də Amsterdamda Kral sarayında təşkil olunacaq ziyafətdə iştirak edə biləcəklər.