Türkiyə Ordusunda qadınların hicab taxmasına qoyulan qadağa ləğv edilib

Türkiyə Silahlı qüvvələrində xidmət göstərən qadın hərbçilərin hicab taxmasına icazə verilib.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin yeni qərarına əsasən, hərbçi qadınların hicab taxmasına qoyulan qadağa ləğv edilib. Bu qərar kursant qadınlara da şamil olunur.