Almaniyanın Düsseldorf şəhərinin aeroportunda ötən ay saxlanılan İran vətəndaşının kimliyi açıqlanıb Almaniyanın Düsseldorf şəhərinin aeroportunda ötən ay saxlanılan İran vətəndaşının kimliyi açıqlanıb

Nazirin cibindən 70 milyon dollar çıxdı

Almaniyanın Düsseldorf şəhərinin aeroportunda ötən ay saxlanılan İran vətəndaşının kimliyi açıqlanıb




Alman mətbuatının yazdığına görə, cibində 70 milyon dollarlıq çeklə saxlanılan iranlı İranın keçmiş maliyyə naziri Təhmasib Məzahiri olub.

59 yaşlı Məzahiri nazir olmaqla yanaşı, bu, İran Mərkəzi Bankının müdiri postunu da tutub. Onun baqajına baxış keçirilərkən Venesuela bankının 300 milyon bolivar, yəni 70 milyon dollar dəyərində çeki aşkar edilib.

Keçmiş nazir çirkli pulların yuyulması ittihamı irəli sürülür. Ancaq keçmiş nazir 70 milyon dolları Venesuela hökumətindən 10 min yeni mənzilin tikintisi qarşılığında aldığını bildirib.

Alpər
AzNews.az