Dünyanın məşhur kino ulduzu Ceki Çanın 18 yaşlı qızı Etta intihara cəhd etdikdən sonra Honkonk xəstəxanalarından birinə yerləşdirilib. Dünyanın məşhur kino ulduzu Ceki Çanın 18 yaşlı qızı Etta intihara cəhd etdikdən sonra Honkonk xəstəxanalarından birinə yerləşdirilib.

Aktyor Ceki Çanın qızı intihar etmək istəyib- Xəstəxanadadır

Dünyanın məşhur kino ulduzu Ceki Çanın 18 yaşlı qızı Etta intihara cəhd etdikdən sonra Honkonk xəstəxanalarından birinə yerləşdirilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Ceki Çanın qızı dostları ilə birgə Taylanda istirahətə yollanıb. Amma gənc qız qəfil evə qayıtmağa qərar verir və orda intihara cəhd edir. 18 yaşlı Ettanın dostları qızın tez-tez intihar etmək istədiyini deyirlər.

2015-ci ildə Ceki Çanın qızının mütəmadi olaraq spirtli içki qəbul edən anası ilə münasibətlərinin korlanması ilə bağlı xəbərlər yayılmışdı. Daha sonra Ettanın anası Eleyn ilə münasibətlərinin yaxşılaşdığı məlum olmuşdu.

Etta 1999-cu ildə aktyor Ceki Çanın “Miss Asiya 90” Eleynlə münasibətlərindən dünyaya gəlib. Həmin vaxt evli olan Ceki Çan dəfələrlə bu münasibətin yalnış olduğunu bəyan edib. Ceki Çanın ilk evliliyindən 35 yaşlı Ceysi adında bir oğlu var. Atası kimi aktyor olmaq istəyən Ceysi bir müddət əvvəl narkotik vasitələrin istifadəsinə görə 6 ay müddətinə həbs edilib.