Suriyanın müxalifətinin silahlı qolu Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşlərdə iştirak etmək üçün təklif alıb. Suriyanın müxalifətinin silahlı qolu Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşlərdə iştirak etmək üçün təklif alıb.

Suriya müxalifəti Astana danışıqlarında iştirak edəcək

Suriyanın müxalifətinin silahlı qolu Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşlərdə iştirak etmək üçün təklif alıb.

Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı müxalifətin heç bir qruplaşması təklifdən imtina etməyib. Bu barədə silahlı qruplaşmanın nümayəndə heyəti üzvü Fateh Xassun açıqlama verib.

Biz Astanaya rəsmi təklif almışıq. Rusiya tərəfi şifahi şəkildə təkliflə çıxış edib. Hazırda Astanaya getməklə bağlı heç bir qruplaşma üzvündən etiraz gəlməyib. Əksinə, onlar Rusiyanın bu yeni təklifinə ölkədə vəziyyəti yaxşılaşdıra biləcək bir təklif kimi baxırlar. Təklifə qarşı heç bir güclü etiraz yoxdur. Ümid edirik ki, Rusiya prosesdə tərəf deyil, zəmanətçi olacaq. Rusiya və Suriya xalqlarının Suriya Ərəb Respublikasının yaranmasından etibarən möhkəm əlaqələri var. Rusiyanın rejimə dəstək olması seçimi doğru seçim deyil. Ümid edirik ki, Rusiya bu mövqeyini tezliklə düzəldəcək

Suriya ilə bağlı növbəti görüşlər may ayının 3-ü və 4-ü Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Mütəxəsislər səviyyəsində görüş isə 2 may tarixinə planlaşdırılır. Qazaxıstanın Xarici İşlər Nazirliyi görüşdə bütün tərəflərin – zəmanətçi ölkələrin (Rusiya, İran, Türkiyə), Suriya rəhbərliyinin və müxalifətin iştirakını planlaşdırır.

Suriyada döyüşlər 2011-ci ilin mart ayından etibarən davam edir.

Bəxtiyar Abbasov

AZNews.az