İlon Mask avtomobilləri tunelə salan fantastik layihəni təqdim etdi - Video

Tesla və SpaceX şirkətinin banisi, milyarder İlon Mask növbəti futuristik layihəsinin görüntüsünü təqdim etdi.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu layihə vasitəsilə Los-Ancelesdəki tıxacların qarşısı alınacaq.

Avtomobillər yolların kənarındakı xüsusi metal skeytlərdə tunellərə düşəcək. Bu skeytlərin sürəti saatda 209 kilometrə çatır.