Türkiyənin ən böyük turzim bölgəsi hesab edilən Antalyada küçələrdə alkoqollu içki içmək qadağan olunub. Türkiyənin ən böyük turzim bölgəsi hesab edilən Antalyada küçələrdə alkoqollu içki içmək qadağan olunub.

Antalyada küçələrdə alkoqollu içki içmək qadağan olundu- Cərimə 28 dollar

Türkiyənin ən böyük turzim bölgəsi hesab edilən Antalyada küçələrdə alkoqollu içki içmək qadağan olunub.

AzNews.az xəbər verir ki, qadağa şəhərin parklarında, bağlarında, yaşayış komplekslərinin həyətində və gəzinti ərazilərini əhatə edir. Bu qadağanı pozan şəxslər 100 lirə (28 dollar) məbləğində cərimələnəcəklər.

27 aprel tarixindən etibarən şəhər rəhbərliyi Antalya şəhəri ərazisində otel və ictimai qidalanma obyektlərində spirtli içki içilməsini qadağan etmişdi.

Bu qadağalar haqqında ən çox məlumat isə Antlayaya turist axını ən çox olan Rusiya mediasında yayımlanıb. Artıq Rusiyanın Antalyadakı konsulluğu öz “facebook” səhifəsində vətəndaşlarına qadağa ilə bağlı xəbərdarlıq edib.

2017-ci ilin ilk iki ayında 27 min Rusiya vətəndaşı Antalyada istirahət etmək üçün bilet alıb.