ABŞ-dan İrana qarşı yeni sanksiya

ABŞ fevralın 6-dan etibarən İrana qarşı yeni sanksiya tətbiq edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, fevralın əvvəlindən İran neftinin satışı ilə bağlı bank əməliyyatını təmin edən bütün belə maliyyə qurumları ABŞ-ın bank sisteminə girişdən məhrum olar bilər.

Amerika maliyyə nazirinin müavini Devid Koenun qənaətincə, belə sanksiyalar bir çox bankı İranla sövdələşmədən çəkindirəcək.

Onun sözlərinə əsasən, yeni tədbirlər neft satışından Tehranın banklar vasitəsi ilə vəsait almasını əngəlləyəcək.