- Köhnə - Dünya
- 4 May 2017 14:02
- 5 218
İranda mədən partlayışı nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb
İranın Azadşəhr yaxınlığında kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artmaqda davam edir.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İranın Əmək və Sosial Rifah Nazirliyi ölü sayını təsdiqləyib. Hadisə yerində xilasetmə işləri hazırda davam etdirilir. Daha bir neçə nəfərin dağıntılar altında qaldığını bildirilir. İndiyə qədər 6 nəfəri sağ xilas etmək mümkün olub.
Ötən gün rəsmilər 40-dan çox insanın dağıntılar altında qaldığını bildirmişdi.
Məlumata görə, qəza fəhlələr növbə dəyişən zaman baş verib. Bu isə insan itkisinin daha çox olmasına səbəb olub. Sözügedən mədəndə 500-dən çox fəhlə fəaliyyət göstərir.
Bəxtiyar Abbasov
AzNews.az