Ekspertlər insanların düzgün qidalanmadığı barədə xəbərdarlıq edib. Ekspertlər insanların düzgün qidalanmadığı barədə xəbərdarlıq edib.

Düzgün səhər yeməyi necə olmalıdır?- Dördkünc boşqabda

Ekspertlər insanların düzgün qidalanmadığı barədə xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, səhər yeməyi gün ərzində qəbul olunan qidanın əsas hissəsini təşkil edir. Mütəxəsislər hesab edirlər ki, insanların əksəriyyəti səhər saatlarında düzgün qidalanmırlar. Onların sözlərinə görə, səhər yeməyində sıyığı dəyirmi boşqabdan yemək doğru deyil. Süfrə arxasında oturmaq, həmçinin, başlanğıc üçün bir fincan kofe içmək də pis fikirdir. Oksford Universitetindən doktor Cenifer Nyuson sıyığı dördkünc boşqabdan yeməyi məsləhət görüb. Belə olan halda insanda doyma hissi güclü olur. Bütün bunlar “beyin oyunları”dır. Əgər kofedən imtina etsəniz və süfrə arxasında oturmasanız səhər yeməyiniz daha doyumlu olacaq. Nyuson mətbəxdən televizorun da ləğv olunmasını məsləhət görürür. Yemək zamanı diqqətin yayınması da doğru deyil.

Nyuson 2 gün ərzində 78 qadın iştirakı ilə aparılan təcrübəyə əsasən belə bir nəticəyə gəlib. Təcrübənin məqsədi hansı formada səhər yeməyinin daha çox doyma hissi yaratdığını və daha çox güc verdiyini öyrənmək olub. Məlum olub ki, əgər qadın sıyığı dəyirmi boşqabdan yeyersə, o, yeməyin daha az qidalandırıcı olduğunu hiss edir. Həmçinin, süfrə arxasında oturduqda da bu hiss yaranır. Alınan nəticəyə əsasən, insan qidasına daha çox “gözləri ilə yediyi” və digər xarici ünsürlərin də qidalanmaya təsir etdiyi məlum olub.

Bəxtiyar Abbasov

AzNews.az