“Johnson & Johnson” şirkəti xərçəng xəstəliyinə tutulmuş amerikalı qadına 110 milyon dollar təzminat ödəyəcək. “Johnson & Johnson” şirkəti xərçəng xəstəliyinə tutulmuş amerikalı qadına 110 milyon dollar təzminat ödəyəcək.

Bu şirkətin məhsulları xərçəngə səbəb olur- 110 milyon dollarlıq iddia

“Johnson & Johnson” şirkəti xərçəng xəstəliyinə tutulmuş amerikalı qadına 110 milyon dollar təzminat ödəyəcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Missuri ştat məhkəməsi bu barədə qərar qəbul edib.

Zərərçəkən şəxs – Lois Slemp Virciniya ştatı sakinidir. Həkimlər 2012-ci ildə onun yumurtalıqlarında xərçəng aşkarlayıblar. Virus bir müddət sonra onun qaraciyərinə yayılıb. Hazırda 62 yaşlı qadın kimyəvi müalicə alır.

Lois Slemp bildirir ki, o, mütəmadi şəkildə talk mineralından alınmış yuyucu tozdan istifadə etdiyi üçün xəstlənib. O, 40 il müddətində “Johnson & Johnson”un məhsullarından, xüsusilə “Baby Powder” və “Shower to Powder” yuyucu tozlarından istifadə etdiyini qeyd edib.

Eyni zamanda, istintaqda talk minerallarının təchizatçıları “Imerys Talc” firmasının da adı hallanır. Bu firma zərərçəkənə 50 min dollar təzminat ödəməlidir.

Lois Slempin vəkili iddia edir ki, “Johnson & Johnson” şirkəti məhsullarının zərərli olmasına dair elmi dəlillərə məhəl qoymur və müştəriləri qarşısında məsuliyyət daşımır. Məlumata görə, şirkət qadının belə bir xəstəliyə yaxalanması ilə əlaqadar təəssüfünü bildirib, lakin məhkəmə qərarına qarşı şikayət verəcəyini qeyd edib.

2016-cı ilin may ayında Missuri ştatı sakini Qloriya Ristesand oxşar iddia ilə “Johnson & Johnson” şirkətindən 55 milyon dollar məbləğində təzminat almışdı. Daha bir analoji iddia oktyabr ayında qaldırılmış və iddiaçı tərəf 70 milyon dollar təzminat almışdı.

Bəxtiyar Abbasov

AzNews.az