Pakistanla Əfqanıstan sərhədində silahlı qarşıdurma olub. Pakistanla Əfqanıstan sərhədində silahlı qarşıdurma olub.

İki ölkə sərhədində atışma nəticəsində 6 nəfər öldü- Siyasi qalmaqal

Pakistanla Əfqanıstan sərhədində silahlı qarşıdurma olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma nəticəsində azı 6 nəfər ölüb, 31 nəfər yaralanıb.

Atışma Pakistanın Çaman sərhəd-keçid məntəqəsində qeydə alınıb. Hər iki tərəfdən hərbi qüvvələr bir-birilərini atəşə tutublar. Məlumata görə, atışmaya səbəb Əfqanıstan polisi olub. Polis sərhədin Əfqanıstana aid olan hissəsində əhalini siyahıya alan qrupu mühafizə edən pakistanlı hərbiçilərə atəş açıb. Bölgənin sərhəd xəttini Böyük Britaniya müəyyən edib. Lakin Əfqanıstan sərhəd bölgüsünü mübahisə məsələsinə çevirib.

Sözügedən bölgədə silahlı qarşıdurmalar nadir hallarda müşahidə olunur.

Pakistan siyahıyaalma işləri barədə Əfqanıstana əvvəlcədən xəbərdarlıq edildiyini deyib. Əfqanıstan tərəfi isə qeyd edir ki, bu, Pakistanın kirli fəaliyyətlərini gizlətmək və kəndliləri hökumətə qarşı üsyana qaldırmaq üçün bir bəhanədir.

Bəxtiyar Abbasov

AzNews.az