ABŞ-da silahlılar yas mərasiminə hücum etdilər- 2 nəfər öldü

Amerika Birləşmiş Ştatların Çikaqo şəhərində naməlum silahlılar yas mərasimi iştirakçılarına atəş açıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, hücuma məruz qalan insanlar elə həmin gün öldürülmüş şəxsin yas mərasiminə toplaşıblarmış. Polis hücum edənlərin 2 nəfər olduğunu bildirib. Onlar tüfəng tipli silahlardan insanlara atəşə açıblar. Polis nümayəndəsi Entoni Qulelmi hücumun qisas zəmnində həyata keçirildiyini deyib. Onun sözlərinə görə, hücum edən silahlıların cinayətkar dəstə üzvləri olduğu ehtimal edilir.

Prezident Donald Tramp Çikaqoda qətl cinayətlərinin çoxaldığını, hətta, bununla əlaqədar vəziyyətin nəzarətdən çıxdığını bildirib. Onun sözlərinə görə, 2016-ci ildə təkcə Çikaqoda 4 mindən çox insan silahlı hücum nəticəsində öldürülüb.

Çikaqo Amerika Birləşmiş Ştatlarında əhalisinin sayına görə 3-cü ən böyük şəhərdir.

Bəxtiyar Abbasov

AzNews.az