Bu gün ermənilərin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağizdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib. Bu gün ermənilərin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağizdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib.

Qarabağda düşmənin 3 əsgəri öldü

Bu gün ermənilərin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağizdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib.

AzNews.az Azvision-a istinadən xəbər verir ki, erməni hərbçilərin olduğu "Vilis" markalı avtomobil su anbarına düşüb.

Qəza nəticəsində sürücü ilə yanaşı iki erməni əsgər suda boğulub.

Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır.

Ölən 3 erməni əsgərin şəxsiyyəti hələ müəyyən edilməyib.