ABŞ Əfqanıstana əlavə hərbi qüvvə göndərə bilər

Amerikanın hərbi rəhbərliyi və Dövlət Departamenti Taliban terrorçularına qarşı mübarizəni gücləndirmək məqsədi ilə belə bir addımı vacib hesab ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fevral ayında Amerikanın Əfqanıstandakı hərbi komandiri General Con Nikolson da belə bir müraciətlə çıxış etmişdi.

Müraciət qəbul olunarsa, Əfqanıstana 3000 nəfərdən ibartə yeni hərbi heyət göndəriləcək.

Hərbi liderlər Talibana qarşı mübarizədə hava hakimiyyətini də yenidən ələ almaq istədiklərini bildiriblər.

Prezident Donald Tramp planı təsdiqləməyib. Bununla belə, planın digər NATO ölkələri tərəfindən icra oluna biləcəyi də istisna deyil. Hazırda Əfqanıstanda 13 min NATO əsgəri var. Onlardan 8400-ü ABŞ əsgərləridir.

Amerikanın Talibana qarşı döyüş əməliyyatları 2014-cü ildə sona çatmışdı. Lakin xüsusi qüvvələr Talibana qarşı mübarizədə əfqan hərbi qüvvələrinə dəstək olmaqda davam edirlər.

Bəxtiyar Abbasov

AzNews.az