İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Partlayış qurbanların sayı 43-ə çatıb - İranda

İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Bundan əvvəl 35 nəfərin həlak olduğu bildirilirdi.

Dağıntılar altından çıxarılmış meyitlər ekspertizaya göndərilib.

Qeyd edək ki, vilayətin Azadşəhr şəhərinin yaxınlığındakı kömür mədənində partlayış mayın 3-də baş vermişdi. Həmin vaxt növbə dəyişərkən şaxtada 500 nəfər olub.

AzNews.az