Racastan ştatının Bharatpur rayonunda toy mərasimi zamanı güclü külək nəticəsində divar uçub. Racastan ştatının Bharatpur rayonunda toy mərasimi zamanı güclü külək nəticəsində divar uçub.

Hindistanda toy mərasimi yasa çevrildi- 22 nəfər öldü

Racastan ştatının Bharatpur rayonunda toy mərasimi zamanı güclü külək nəticəsində divar uçub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər həlak olub, 26 nəfər xəsarət alıb. Xəsarət alanlardan 15-inin vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıblar.

Mərasim zamanı yağış yağdığı üçün qonaqalar öz masalarını çardağı olan bir daxmanın kənara çəkiblər. Bu zaman köhnə tikilinin divarı onların üzərinə uçub. Polisin məlumatına görə, hündürlüyü 4 metrə çatan divarın uçmasına güclü külək səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az