Ensiklopediya saytının yenidən açılması üçün şərtlər nədir? Ensiklopediya saytının yenidən açılması üçün şərtlər nədir?

Türkiyədə “Wikipedia” yenidən açıla bilər- Şərtlər açıqlandı

Ensiklopediya saytının yenidən açılması üçün şərtlər nədir?

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə hökuməti saytın fəaliyyətinin yenidən bərpası üçün şərtlərini açıqlayıb. Ölkənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Aslan qeyd edib ki, əgər saytda yerləşdirilən Türkiyənin terrorizmə dəstək verməsi ilə bağlı məqalə ləğv olunsa,sayt rəhbərliyi vergiləri ödəsə, ensiklopediyanın fəaliyyəti bərpa olunacaq. İnformasiya texnologiyaları və rabitə üzrə şura 29 aprel tarixindən etibarən saytın fəaliyyətini dayandırıb. Türkiyə müxalifəti qanun layihəsinin söz azadlığına zidd olduğunu və vətəndaşların informasiya əldə etmək hüququnu pozduğunu bildirib. Nazir Əhməd Aslan qeyd edib ki, belə əsassız yayım ölkənin xaricdə nüfuzuna ciddi zərər vurur:

“Wikipedia”nın redaktorları tərəfimizdən onlara göndərilən mətnləri sayta yerləşdirmədilər və yalnış mətnləri də ləğv etmədilər. Ona görə də saytın bağlanılması ilə bağlı qərar qəbul olundu.

Bəxtiyar Abbasov

AzNews.az