Pakistanda dövlət rəsmisinə hücum edildi – 25 nəfər öldü

Pakistanın Bəlucistan vilayətində partlayış törədilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 25 nəfərin öldüyü, 37 nəfərin yaralandığı bildirilir. Yaralılardan 10-nun vəziyyəti ağırdır. Məlumata görə, Mastunq şəhərində qeydə alınan hücumun hədəfi Pakistan Senatının sədr müavini Abdul Ğafur Heydəri olub. Partlayış dövlət rəsminə məxsus avtomobil karvanı yol ilə hərəkət edən zaman baş verib. Partlayış məhz Heydərinin avtomobilində baş verib. Buna baxmayaraq, o, yüngül yara ilə hücumdan sağ xilas olub. “Avtomobilin qabaq şüşəsi mənə dəydi. Düşünürəm ki, məni Allah xilas etdi” – deyə Heydəri qeyd edib. Hadisə ilə əlaqədar heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov

AzNews.az