Bu fincanda qəhvə içmək 26 minə başa gəlir - Foto

Türkiyədə bir zərgər 22 əyar qızılla örtüb, zümrüd daşlarla bəzədiyi qəhvə dəstini 26 min manata satışa çıxarıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin “Qızıl şəhər”i adlandırılan Qəhramanmaraşda yaşayan zərgər bu əsərini 1 aya ərsəyə gətirib. Bu qəhvə dəsti 300 qram ağırlığında qızılla bəzədilib. İki fincan, 1 şəkər qabısı və padnusla birlikdə 26 min manata başa gəlir.