Avropa Şurası Serbiyanı Bosniya müsəlmanlarına qarşı törətdiyi qətliamı rəsmi olaraq "soyqırım" kimi tanımağa çağırıb. Avropa Şurası Serbiyanı Bosniya müsəlmanlarına qarşı törətdiyi qətliamı rəsmi olaraq "soyqırım" kimi tanımağa çağırıb.

Avropa Şurasından Serbiyaya çağırış – Müsəlmanların soyqırımı tanınmalıdır

Avropa Şurası Serbiyanı Bosniya müsəlmanlarına qarşı törətdiyi qətliamı rəsmi olaraq "soyqırım" kimi tanımağa çağırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verri ki, Serbiya 1995-ci ildə müsəlmanlara qarşı törədilən kütləvi qətliamları "soyqırım" kimi tanımaqdan imtina edir. Rəsmi Belqrad indiyə qədər bosniyalılardan sadəcə üzr istəməklə kifayətlənib. Avropa Şurası isə bunun kifayət etmədiyini bildirib.

Beynəlxalq məhkəmələr hadisənin soyqırmı olduğunu qəbul ediblər.

Avropa Şurasının irqçilik və qeyri-tolerantlıqla mübarizə komissiyası Belqradın analoji addım atmamasını qınayıb. Komissiya rəsmiləri soyqırıma görə cavabdeh olan şəxslərin həbs və məsuliyyətə cəlb olunması prosesinin ləng getməsi ilə əlaqədar təəssüflərini bildiriblər.

“Soyqırım faktının tanınması və bütün zorakılıq hallarının şəffaf şəkildə araşdırılması gələcəkdə müxtəlif etnik qruplardan olan insanların bu zorakı torpaqlarda təhdid və yeni cinayət dalğası qorxsu içində yaşamamaları üçün qaçılmazdır.” - sənəddə belə qeyd olunur.

1995-ci ilin iyul ayında Bosniyada müharibənin başa çatmasına bir neçə ay qalmış bosniyalı və serbiyalılardan təşkil olunmuş qruplaşma 8 minə yaxın müsəlmanı oğurlayıb və qətlə yetiriblər. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli hərbi cinayətdir.

Bəxtiyar Abbasov

AzNews.az