- Köhnə - Dünya
- 16 May 2017 17:20
- 7 117
Tramp Rusiyaya niyə məlumat sızdırıb?- Açıqladı
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Rusiya xarici işlər nazirliyinə verilən gizli məlumatlarla bağlı açıqlamasında bu cür faktları paylaşmaqda “haqlı” olduğunu bildirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp “twitter” səhifəsində qeyd edib ki, o, “terrorizm və hava nəqliyyatı təhlükəsizliyi” ilə əlaqədar Rusiyaya məlumat verib və Rusiyanın İŞİD-ə qarşı daha çox tədbirlər görməsini istəyib.
“Buraya humanitar səbəblər də daxildir. Bundan başqa, mən Rusiyanın İŞİD-ə və terrorizmə qarşı döyüşlərdə daha çox məsafə qət etməsini istəyirəm”
Tramp ötən həftə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul etmişdi.
Bəxtiyar Abbasov
AzNews.az