Amerika Birləşmiş Ştatlarının Viskonsin ştatında güclü qasırğa fəsadlara səbəb olub. Amerika Birləşmiş Ştatlarının Viskonsin ştatında güclü qasırğa fəsadlara səbəb olub.

ABŞ-da tornado dağıntılar törətdi – 1 nəfər öldü

Amerika Birləşmiş Ştatlarının Viskonsin ştatında güclü qasırğa fəsadlara səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa, əsasən, Berron əyalətində ciddi dağıntılar törədib.

Əyalətin şerifi qasırğa nəticəsində 1 nəfərin öldüyünü, 25 nəfərin xəsarət aldığını bildirib. Şiddətli küləklər evlərin damını uçurub. Bir neçə yerdə idarələr, fermalara və avtomobillərə ziyan dəyib.

Viskonsin ştatı ilə yanaşı, qasırğa Texas, Nebraska, Oklahoma və Kanzas ştatlarında da müşahidə olunub.

Bəxtiyar Abbasov

AzNews.az