Türkiyənin Muğla şəhəri ilə Dənizli şəhərləri arasında ağır avtonəqliyyat qəzası baş verib. Türkiyənin Muğla şəhəri ilə Dənizli şəhərləri arasında ağır avtonəqliyyat qəzası baş verib.

Turistlə dolu mikroavtobus aşdı – 18 nəfər xəsarət aldı

Türkiyənin Muğla şəhəri ilə Dənizli şəhərləri arasında ağır avtonəqliyyat qəzası baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qəzada xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

Xəsarət alanların əvvəlcə rus turistlər olduğu iddia edilsə də, daha sonra onların Ukrayna vətəndaşları olduğu ortaya çıxıb. Onların arasında iki türk də var. Məlumata görə, hadisə zamanı mikroavtous turistləri Bodrum şəhərindən Pamukkale təbii parkına aparırmış. Qəzaya nəyin səbəb olduğu məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az