54 milyon seçici səsvermə hüququndan istifadə etmək üçün seçki məntəqələrinə axın ediblər. 54 milyon seçici səsvermə hüququndan istifadə etmək üçün seçki məntəqələrinə axın ediblər.

İranda prezident seçkiləri keçirilir

54 milyon seçici səsvermə hüququndan istifadə etmək üçün seçki məntəqələrinə axın ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, seçkiləridə hazırkı prezident Həsən Ruhani də iştirak edir.

68 yaşlı siyasi lider digər 3 namizədə qarşı mübarizə aparacaq. Ruhanini əsas rəqibi sabiq prokuror İbrahim Rəisidir. 56 yaşlı siyasi xadim ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin yaxın adamıdır.

Digər namizədlər islahatçı Mustafa Haşimitaba və ultra-mühafizəkar Mustafa Mirsəlimdir.

Seçki prosesində namizədlər 50 faizdən çox səs toplaya bilməzsə, namizədlər ikinci mərhələdə mübarizələrini davam etdirəcəklər.

Həsən Ruhaninin 2015-ci ildə nüvə proqramı məsələsində “altılıq ölkləri” ilə razılaşma əldə etməsi onun hakimiyyəti dövründə əldə etdiyi ən ciddi uğuru idi.

Bəxtiyar Abbasov

AzNews.az