Dağlıq Qarabağ münaqişəsini lentə almış amerikalı fotoqraf Stenli Qrin 68 yaşında dünyasını dəyişib. Dağlıq Qarabağ münaqişəsini lentə almış amerikalı fotoqraf Stenli Qrin 68 yaşında dünyasını dəyişib.

Dağlıq Qarabağda çəkilişlər edən fotoqraf öldü

Dağlıq Qarabağ münaqişəsini lentə almış amerikalı fotoqraf Stenli Qrin 68 yaşında dünyasını dəyişib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Stenli Qrin 1980-ci illərdə fotoreportajların hazırlanmasında fəal şəkildə iştirak edib. Onun ilk fotoları Almaniyada “Berlin Divarları”nın uçurulması səhnələrini əks etdirir.

Daha sonra o, Rusiyada da fəaliyyət göstərib. 1993-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Hökumət Evi tanklardan hücuma məruz qalan zaman Stenli Qrin orada çalışan yeganə qərbli jurnalist idi. Həmin vaxt o binada yerdə uzanan sabiq vitse-prezident Aleksandr Rutskoyun fotoşəklini çəkmişdi.

1994-cü ildə Qrin hökumət evində çəkdiyi fotoşəkillərinə görə “World Press Photo” mükafatın əldə etmişdi.

Qrin daha sonra Çeçenistan və Sudanda müharibə bölgəsində çəkdiyi fotoşəkillərinə görə eyni mükafata layiq görülüb. Onun Çeçenistandakı fəaliyyəti “Açıq Yara” kitabında öz əksini tapır.

Qrin bundan başqa, Ruanda, Əfqanistan, Livan və digər ölkələrdə də fotoçəkilişlər edib.

Qrin bildirirdi ki, münaqişələrin işıqlandırılması şəxsi etiraz formasıdır.

2010-cu ildə onun “Qara Passport” adlı tərcümeyi-halı nəşr olunub.

Bəxtiyar Abbasov

AzNews.az