İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına “tarixi” səfərini tənqid edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına “tarixi” səfərini tənqid edib.

“Tramp hiyləgər ifadələr işlədib” – Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına “tarixi” səfərini tənqid edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Zərif Trampın çıxışı zamanı hiyləgər ifadələr işlətdiyini bildirib. Nazir Trampın xüsusilə bu sözlərinə diqqət çəkib.

“Kral Salman, belə bir tarixi anın təşkil olunmasına və Amerikaya böyük yatırımlar etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm”.

Zarif qeyd edib ki, Trampın İrana hücum etməsi qətiyyən onun xarici siyasətini göstərmir. Onun sözlərinə görə, bu cür bəyantla Tramp Səudiyyə Ərəbistanından 480 milyard dollar əldə etməyə çalışır.

Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmi ər-Riyadla silah təchizatına dair razılaşma əldə etmişdi. Razılaşmaya əsasən, Amerikanın 350 milyard dollar müqabilində Səudiyyə Ərəbistanına silah satışı nəzərdə tutulur.

Ağ Ev rəhbəri, eyni zamanda, qeyd edib ki, dünya ictimaiyyəti İran hökuməti sülh siyasəti yürüdənədək bu ölkəni təcrid etməlidir.

Bəxtiyar Abbasov

AzNews.az