Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə qarşı kütləvi şəkildə məhkəmə prosesləri başladılıb. Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə qarşı kütləvi şəkildə məhkəmə prosesləri başladılıb.

Türkiyədə hakimiyyət çevrilişinə cəhd edənlər məhkəmə qarşısında

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə qarşı kütləvi şəkildə məhkəmə prosesləri başladılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Ankara 221 nəfərin hakim qarşısına çıxarılacağını bildirib.

Onların əksəriyyəti yüksək rütbəli hərbçilərdir. Müttəhimlər arasında sabiq hava qüvvələri komandiri Akin Öztürk də var. Hərbçilər bir qrup fəalın qarşısından keçiblər. Fəallar sabiq hərbiçilərə edam hökmü tələb ediblər. Lakin Türkiyə qanunlarında ağır cəza olaraq edam hökmü nəzərdə tutulmur.

Müttəhimlər iyul ayında Türkiyədə hakimiyyəti çevrilişi üçün mütəşəkkil əməliyyatlar keçirməyə cəhd göstərmişdilər.

Bəxtiyar Abbasov

AzNews.az