Yaponiyanın İsikava prefekturasında 50-dən çox insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilb. Yaponiyanın İsikava prefekturasında 50-dən çox insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilb.

Yaponiyada dəhşətli istilər - 50 nəfəri gün vurdu

Yaponiyanın İsikava prefekturasında 50-dən çox insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilənlər arasında 20 azyaşlı da var.

Rəsmilər qeyd ediblər ki, hadisə uşaqlar məktəb meydançasında idman tədbiri ilə əlaqədar məşq edən zaman baş verib. Uşaqların halsız olduğunu görən tədbir təşkilatçıları onları dərhal xəstəxanaya çatdırıblar.

Oxşar hallar, paytaxt Tokiyoda da müşahidə olunub. Burada azı 31 nəfər günvurmadan əziyyət çəkib.

Məlumata görə, son iki gündə Yaponiyada mövsüm üçün uyğun olmayan isti havalar müşahidə olunur. Bu gün paytaxt Tokioda havanın hərarəti 35 dərəcəyə çatıb.

Bəxtiyar Abbasov

AzNews.az