ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı- Nota verildi

Bir neçə gün bundan əvvəl Vaşinqtonda baş vermiş qarşıdurma ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı səfirlik qarşısında ABŞ mühafizə heyəti Ərdoğanın cangüdənlərinə qarşı aqressiv davranışlar sərgiləmişdi.

AzNews.az xarici mətbuata istinadə xəbər verir ki, rəsmi Ankara səfir Con Bassa Vaşinqtonda yaşanan hadisələrlə əlaqədar şifahi və yazılı etirazını bildirib. Notada qeyd olunur ki, ABŞ höküməti bu hadisələri araşdırmalı və bu barədə Türkiyəyə lazımı açıqlamalar verilməlidir.

Bəxtiyar Abbasov

AzNews.az