Böyük Britaniyanın Mançestr şəhərində konsert zamanı partlayış törədilib. Böyük Britaniyanın Mançestr şəhərində konsert zamanı partlayış törədilib.

Böyük Britaniyada terror aktı - 19 nəfər öldü (Video)

Böyük Britaniyanın Mançestr şəhərində konsert zamanı partlayış törədilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Manchester Arena”da baş verib. Partlayış nəticəsində 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Polis hadisənin terror aktı olduğunu ehtimal edir.

Partlayış amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra baş verib.

Böyük Britaniyanın baş naziri Tereza Mey partlayış nəticəsində ölənlərin ailələrinə baş sağlığı verib. Hadisə ilə əlaqədar araşdırma başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az