Misirdə səfərdə olan Əhmədinejad ikinci dəfə hücuma məruz qalıb Misirdə səfərdə olan Əhmədinejad ikinci dəfə hücuma məruz qalıb

İran prezidentinin bəxti heç gətirmir

Misirdə səfərdə olan Əhmədinejad ikinci dəfə hücuma məruz qalıb




Misirdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad Qahirədə ikinci dəfə hücuma məruz qalıb.

APA-nın "əl-Ərəbiyyə" telekanalına istinadən məlumatına görə, Əhmədinejad bir iranlı diplomatla görüş keçirən zaman naməlum şəxs kütlənin içindən çıxaraq İran və Suriya prezidentlərinin əleyhinə şüarlar səsləndirib. Sonra M.Əhmədinejadın üzərinə yürümək istəyən şəxs prezidentin mühafizəkarları tərəfindən saxlanaraq, Qahirə polisinə təhvil verilib. Hələlik şəxsin kimliyi barədə məlumat verilməyib.

AzNews.az