Əfsanəvi “Titanik” gəmisinin qəzaya uğraması bütün dünyanı sarsıtmışdı. Əfsanəvi “Titanik” gəmisinin qəzaya uğraması bütün dünyanı sarsıtmışdı.

“Titanik” sərnişinlərinin ən alçaq hərəkətləri - FOTO

Əfsanəvi “Titanik” gəmisinin qəzaya uğraması bütün dünyanı sarsıtmışdı.

Faciəvi qəza nəticəsində minlərlə insan həlak olub. Hadisə sağ qalanların yaddaşında ağır təəssüratlar və xatirələr qoydu. Sərnişinlərin bir neçəsi insanların xilas olması üçün kömək etsə də, digərləri özünü xilas etmək üçün ən alçaq hərəkətlərə yol verib. Həmin gün Atlantik okeanının dalğaları insanların simalarındakı qorxu, cəsarət, qəhrəmanlıq, çətinlik və alçaqlıq hissələrinə şahid oldu.

AzNews.az hadisə zamanı xilas olmağa çalışan insanların etdiyi hərəkətləri təqdim edir.

1. Bryus İsmey (sağda “Titanik” filmində onun rolunu ifa edən Conatan Hayd)

İsmey qəza zamanı qadınları və uşaqları arxada qoyaraq özü xilasedici qayıqlardan birinə əyləşmişdi. İddialar görə, məhz o, həmin gün gəminin sürətini artırmaq üçün kapitana təlimatlar verib. İsmey “Titanikin ən qorxaq insanı” hesab olunur.

2. Deniel Bakli

Bakli qəza zamanı gəmidən xilasedici qayığa atlanıb. Zabitlər kişilərdən qayığı tərk etməsini, qadın və uşaqlar üçün yer ayırmasını istəyiblər. Deniel ağlayaraq özünü sərnişinlərin arasına salıb. Sərnişinlərdən biri onun başına şal örtüb və zabitlər onu qadın hesab ediblər. Digər kişilər isə güllələniblər.

3. Yarıboş qayıqlar

Ümumilikdə, qayıqların sayı 20-ə çatırdı. 20 qayıqla sərnişinlərin, təxminən, 1/3-ni xilas etmək mümkün idi. Bu isə, təxminən, 1178 nəfər demək idi. Lakin yarıboş olan qayıqlarda xilas olan bəzi sərnişinlər qayığın batması ehtimalını əsas gətirərək digər insanları götürməkdən imtina etmişdi.

4. Robert Xiçens

Xiçens xilasedici qayıqlardan birində heyətin üzvü idi. Qayığın sərnişinləri gəmi batdıqdan sonra hadisə yerinə getməklə bağlı hamılıqla qərar qəbul edirlər. Lakin Xiçens orada sadəcə meyitlərin olduğunu əsas gətirərək hadisə yerinə getmir. Fotoşəkildə Xiçensi geri qayıtmağa vadar edən qadını – MolliBraunu görürsünüz.

5. Hadisə yerinə qayıdanlar

Qəza bölgəsinə cəmi bir qayıq qayıtmışdı. Həmin qayığın zabitləri daha bir neçə nəfəri xilas etməyə nail olmuşdu.

6. Cənab Karter

1912-ci ildə Karter öz xanımı və uşaqları ilə “Titanik”də Avropa səyahətindən geri qayıdırdı. Faciə zamanı o, xanımı və uşaqlarını gəminin göyərtəsində tərk edərək İsmeyin ardınca qayığa atlanmışdı. Xanımı qəzadan sonra tezliklə Karterdən boşandı və hadisəni bütün gerçəyi ilə insanlara danışdı. Onun sözlərinə görə, cütlük xilas olan zaman qayıqda yenidən görüşüb. Karter isə, sanki, heç nə olmamış kimi xanımına səhər yeməyindən danışmağa başlayıb.

7. Masabumi Hosono

Hosono zabitlərdən birinin “sonuncu iki qayıq” sözünü eşitdikdən sonra özünü itirmir. O, sərnişinlərdən birinin qayığa necə atlandığını görüb onun hərəkətini təkrarlayır. Hosono Yaponiyada nəqliyyat nazirliyinin əməkdaşı olub və həmin dövrdə xüsusi tapşırıqla Rusiyaya yollanmışdı. Yaponiyaya geri qayıtdıqdan sonra hökumət onu qorxaq adlandırdı və buna görə işini itirdi. Hətta, Yaponiya dərsliklərində o mənəviyyatsız insan kimi təsvir olunur.

8. İntiharlar

Sərnişinlərdən bir neçəsi daha sonra özlərini öldürmüşdülər.

Vaşinqton Doc 1919-cu ildə korrupsiyada ittiham olunduğu üçün özünü güllələyərək öldürür.

Henri Uilyam adlı sərnişin isə 1927-ci ildə özünü 7-ci mərtəbədən ataraq öldürür.

Cənab Niskanen hadisədən bir müddət sonra qızıl axtarışı üçün Kaliforniyaya yollanır. Lakin səfəri uğursuz olduğu üçün evdə özünü yandıraraq intihar edir.

9. Ser Kosmo

Kosmo avarçıları pul ilə ələ almışdı. Kosmo 40 nəfər adam tutan qayıqda özü və xanımı ilə yanaşı, ümumilikdə, 12 sərnişinlə birlikdə qəza yerindən ayrılmışdılar. Rəvayətə görə, Kosmo daha tez xilas olmaq üçün sərnişlərin hər birinə 5 funt sterlinq ödəmişdi.

10.Xilas olan itlər

Gəmidə təkcə insanlar deyil, çoxlu sayda ev heyvanı da var idi. Qəza nəticəsində onların əksəriyyəti tələf olsa da, bəziləri möcüzə nəticəsində sağ qalmağı bacarmışdı. Qadınlar iki iti paltoya bükərək xilas etmişdilər.

11. Edvard Rayan

Rayan da, həmçinin, qadın cildinə girərək xilas olmağı bacarmışdı. O, başına dəsmal bağlayaraq üzünü zabitlərdən gizlədə bilmişdi.

12. Ekipaj üzvləri

Sərnişinlərlə yanaşı gəmi heyətinin üzvləri də xilas olmaq üçün eqoist addımlar atıblar. Məsələn, mətbəx işçilərindən biri xilas olmaq üçün qayığa atlansa da, daha sonra onun həmkarı onu qayıqdan düşürməyə çalışıb.

Ocaqçı radioçunun xilasedici jaketini oğurlayıb.

13. Dikinson Bişop

Amerikalı biznesmen hadisə zamanı xanımı ilə birlikdə bal ayı səyahətində qayıdırmış. Onun qayığa necə düşdüyü sirli qalan məsələlərdəndir. İddialara görə, o, qayığa “təsadüfən” düşüb. Biznesmen qeyd edir ki, onu itələyərək qayığa salıblar.

14. "Böyük" Adamlar

Qəzada təlaşa düşənlər arasında yüksəkvəzifəli şəxslər də var idi. Kapitan Roberts “New York Times” qəzetində yayımlanan məqaləsində qeyd edir ki, qəza zamanı ilk olaraq göyərtədə olan yüksək vəzifəli şəxslər çaxnaşma yaradıblar və qayıqlarda yer tutmaq üçün mübarizə aparıblar.

15. Mayor Artur Qodfri Poşan

Qəza zamanı qayığa “təsadüfi” düşənlərdən biri də Poşandır. Onun qayığa necə düşdüyü indiyə qədər sirli olaraq qalır. Məlumata görə, xilasetmə əməliyyatları zamanı qayıqlardan birinin komandirinə kömək lazım olur. Bu zaman Poşan özünü su idmanı ilə məşğul olan idmançı kimi təqdim edir və onu qayığa buraxırlar. Daha sonra onu bu hərəkətinə görə Amerika qəzetlərində “xudbin qorxaq” adlandırdılar.

Bəxtiyar Abbasov

AzNews.az