Böyük Britaniyanın Mançestr şəhərində “Arndale” ticarət mərkəzində partlayış baş verib. Böyük Britaniyanın Mançestr şəhərində “Arndale” ticarət mərkəzində partlayış baş verib.

Böyük Britaniyada daha bir terror təhlükəsi – Ticarət mərkəzində partlayış

Böyük Britaniyanın Mançestr şəhərində “Arndale” ticarət mərkəzində partlayış baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində insan itkisi qeydə alınmasa da, partlayış insanlar arasında təlaşa səbəb olub. Vəziyyətlə əlaqədar əhali ticarət mərkəzindən dərhal təxliyə edilib.

Polis şübhəli bilinən bir nəfəri saxlayıb.

Ötən gün gecə Böyük Britaniyada terror törədən kamikadzenin də kimliyi məlum olub. Lakin terrorçunun şəxsiyyəti hələ ki açıqlanmır. Şübhəli şəxs 23 yaşındadır.

Böyük Britaniyanın baş naziri Tereza Mey hadisənin terror aktı olduğunu təsdiqləyib. Mey qeyd edib ki, hücumun təşkili ilə bağlı bir sıra qaranlıq məqamlar var. Belə ki, terrorçunun tək başına və ya qrup halında hərəkət etməsi məlum deyil.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Terror aktı ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri də gücləndirilib.

Bəxtiyar Abbasov

AzNews.az