“Ceyms Bond” dünyasını dəyişdi

Böyük Britaniyalı məşhur aktyor Ser Rocer Corc Mur 89 yaşında vəfat edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor ömrünün sonlarında xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aktyor “Ceyms Bond” filmlərinin 7 seriyasında, o cümlədən, “Yaşa və ölməyə imkan ver”, “Məni sevən casus” filmlərində rol ifa edib.

Bəxtiyar Abbasov

AzNews.az