Stokholm polisi şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Stokholm polisi şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

İsveçin paytaxtı Stokholmda terror həyəcanı – Şəhəri mühasirəyə aldılar

Stokholm polisi şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Stokholm şəhərində UEFA Avropa Liqasının final matçı oynanılacaq.

Yerli rəhbərlik qarşılaşmanın keçiriləcəyi meydançanın ətrafına əlavə polis qüvvələri cəlb edib.

İki gün öncə Böyük Britaniyanın Mançestr şəhərində törədilən terror aktı Avropada terror təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bir sıra Avropa şəhərlərində təhlükəsizliklə əlaqədar reydlər keçirilir.

Bəxtiyar Abbasov

AzNews.az