Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın xanımı Melaniya Trampın Vatikanda başını bağlaması dünya mediyasında təzadlı fikirlərin yaranmasına səbəb olub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın xanımı Melaniya Trampın Vatikanda başını bağlaması dünya mediyasında təzadlı fikirlərin yaranmasına səbəb olub.

Melaniya Tramp Vatikanda başını bağladı – Bəs, niyə Səudiyyə Ərəbistanında başıaçıq idi?

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın xanımı Melaniya Trampın Vatikanda başını bağlaması dünya mediyasında təzadlı fikirlərin yaranmasına səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məsələnin təzadlı tərəfi ondan ibarətdir ki, Melaniya Tramp Vatikandan əvvəl Səudiyyə Ərəbistanda səfərdə olmuş, lakin kral Salman ilə keçirilən görüşdə baş örtüyündən isitifadə etməmişdi.

Ənənəyə görə, Səudiyyə Ərəbistanına səfər edən xanımlar başlarını bağlamalıdırlar.

Melaniya Trampın bu məsələdə qərəzli addım atdığı iddia edilsə də, birinci xanımın mətbuat katibi məsələni başqa cür izah edib.

Mətbuat katibi qeyd edib ki, Səudiyyə Ərəbistanına səfər zamanı heç kim Melaniya Trampdan başını bağlamasını tələb etməyib. Onun sözlərinə görə, Vatikanda isə protokolda qadınların qara geyimdə və üzündə örtük olması göstərilir.

Bəxtiyar Abbasov

AzNews.az