Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Cimmi Karterin təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski 89 yaşında vəfat edib. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Cimmi Karterin təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

Amerikalı məşhur diplomat dünyasını dəyişdi

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Cimmi Karterin təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq diplomat Virciniya ştatında xəstəxanada müalicə alırmış.

Bjezinskinin ölümü barədə onun qızı xəbər verib.

Bjezinski 1928-ci ildə Polşada anadan olub. Təhsilini Amerika Birləşmiş Ştatlarının Makqilla və Harvard Universitetlərində alıb.

Bjezinski Sovet İttifaqına qarşı kəskin mövqe ilə seçilib. O, bir neçə məşhur əsərin, o cümlədən, “Böyük Şahmat Lövhəsi” əsərinin müəllifidir. Əsərdə o, Amerikanın Avrasiyada necə güc sahibi ola biləcəyini izah edir.

Bəxtiyar Abbasov

AzNews.az