Amerikalı müğənni xeyriyyə konserti verəcək

Amerikalı müğənni Ariana Qrande Böyük Britaniyanın Mançester şəhərində terror qurbanlarının xatirəsinə xeyriyyə konserti verəcəyini açıqlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hələlik konsertin vaxtı və yeri məlum deyil.

“Mən cəsur Mançester şəhərinə fanatlarımla görüşmək və qurbanlarının xatirəsinə xeyriyyə konserti vermək üçün qayıdacam”-deyə müğənni qeyd edib.

Mayın 22-də Mançester şəhərində törədilmiş terror aktı nəticəsində 12-i uşaq olmaqla 22 nəfər həlak olmuşdu.

Hadisə Ariana Qrandenin konsertindən qısa müddət sonra baş vermişdi.

AzNews.az