Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tilerson müqəddəs Ramazan ayı ilə bağlı tədbir keçirməkdən imtina edib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tilerson müqəddəs Ramazan ayı ilə bağlı tədbir keçirməkdən imtina edib.

ABŞ hökuməti Ramazan tədbirlərindən imtina etdi - Ağ Evin qərarı

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tilerson müqəddəs Ramazan ayı ilə bağlı tədbir keçirməkdən imtina edib.

Ramazanla bağlı tədbirlərin keçirilməsinə dair hər il Din İdarəsi və Qlobal İşlər üzrə ABŞ Dövlət Departamenti təkliflə çıxış edir. Tilersonun bu dəfəki təklifə münasibəti mənfi olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət katibi belə bir addım atmaqla Ağ Evin 20 illik ənənəsini pozub.

1999-cu ildən etibarən həm Respublikaçı, həm də Demokrat dövlət katibləri Ramazan ayı zamanı iftar süfrələri təşkil edir və ya ayın sonunda Ramazan bayramını qeyd edirdilər.

Müsəlman fəallar qərarla əlaqədar Tramp administrasiyasını müsəlmanlara qarşı qeyri-dost mövqeyi tutmaqda təqsirləndiriblər.

Bəxtiyar Abbasov

AzNews.az