Türkiyə hökuməti “İncirlik” hərbi bazasına girişi qadağan olunan Almaniya deputatlarına qarşı daha yumşaq mövqe sərgiləmək qərarına gəlib. Türkiyə hökuməti “İncirlik” hərbi bazasına girişi qadağan olunan Almaniya deputatlarına qarşı daha yumşaq mövqe sərgiləmək qərarına gəlib.

Türkiyə alman deputatları “İncirlik” hərbi bazasına buraxa bilər - Ərdoğan şərtləri açıqladı

Türkiyə hökuməti “İncirlik” hərbi bazasına girişi qadağan olunan Almaniya deputatlarına qarşı daha yumşaq mövqe sərgiləmək qərarına gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına görə, hərbi bazaya rəsmi Ankaranın terrorizmə dəstəkdə ittiham etmədiyi deputatlar buraxılacaq.

“Aşkar şəkildə terrorizmi dəstəkləyən və onlarla birgə hərəkət edən deputatlar hərbi bazaya buraxılmayacaq. Xarici işlər nazirimiz almaniyalı həmkarı ilə məsələyə dair müzakirələr aparır. Bu barədə qərar qəbul edəcəyik” – deyə Ərdoğan qeyd edib.

Türkiyə hökuməti bir müddət əvvəl almaniyalı qanunvericilərin “İncirlik” hərbi bazasına girişinə qadağa qoymuşdu. Almaniya kasleri Angela Merkel vəziyətlə əlaqədar “İncirlik” hərbi bazasına alternativ axtarılacağını demişdi.

Rəsmi Ankara bir sıra Bundestaq deputatını Türkiyədə qadağan olunmuş PKK kürd partiyası ilə əməkdaşlıq etməkdə ittiham edir.

Bəxtiyar Abbasov

AzNews.az