Şri-Lankada daşqınlar nəticəsində azı 164 nəfərin öldüyü, 111 nəfərin itkin düşdüyü bildirilir. Şri-Lankada daşqınlar nəticəsində azı 164 nəfərin öldüyü, 111 nəfərin itkin düşdüyü bildirilir.

Şri-Lankada daşqın qurbanlarının sayı 164 nəfərə çatıb

Şri-Lankada daşqınlar nəticəsində azı 164 nəfərin öldüyü, 111 nəfərin itkin düşdüyü bildirilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Əsasən, Kalutara rayonunda daşqınlar genişmiqyaslı dağıntılar törədib. Rayonun 5 bölgəsində torpaq sürüşmələri qeydə alınıb. Yüzlərlə ev daşqın suları altında qalıb.

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə yüzlərlə xilasedici cəlb edilib.

Bəxtiyar Abbasov

AzNews.az