Rusiyalı diplomatlar Moldovadan qovuldu – Siyasi qalmaqal

Moldova hökuməti Rusiyanın 5 diplomatını ölkədən qovub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Kişinyov sözügedən diplomatları “persona non qrata” elan edib.

Diplomatların adları açıqlanmır. Lakin “İnterfax”ın məlumatına görə, onlardan biri Rusiyanın Moldovadakı hərbi attaşesinin köməkçisi Aleksandr Qrudindir.

İddialara görə, o, parlamentin sabiq deputatı Yuri Bolbaçan ilə əlaqədə olub. Yuri Bolbaçan isə Rusiya üçün casusluq etməkdə ittiham olunurdu.

Bəxtiyar Abbasov

AzNews.az