Hindistanın cənubunda keçirilən festivalda yaranan qarışıqlıq nəticəsində 36 nəfər həlak olub Hindistanın cənubunda keçirilən festivalda yaranan qarışıqlıq nəticəsində 36 nəfər həlak olub

Qanlı festival - 36 ölü

Hindistanın cənubunda keçirilən festivalda yaranan qarışıqlıq nəticəsində 36 nəfər həlak olub



Milyonlarca insanın qatıldığı Hindu festivalında yaralanan şəxslərin sayının onlarca olduğu bildirilir.

İzdiham Allahabad şəhərində minlərlə insanın qatar stansiyasına getməsi nəticəsində baş verib. İnsanların çoxluğundan stansiyadakı bir keçid çöküb və 36 nəfər çöküntünün altında qalaraq can verib.

Qeyd edək ki, Hindu inancına görə festival zamanı milyonlarla insan Qanq çayında günahlardan təmizlənmək üçün yuyunur. Budəfəki festivalda 30 milyondan çox insan iştirak edir.

Elnarə
AzNews.az