Almaniyanın Münhen şəhərində dəmiryol dayanacaqlarından birində atışma qeydə alınıb. Almaniyanın Münhen şəhərində dəmiryol dayanacaqlarından birində atışma qeydə alınıb.

Almaniya və İsveçdə terror həyəcanı- Bir neçə nəfər yaralandı

Almaniyanın Münhen şəhərində dəmiryol dayanacaqlarından birində atışma qeydə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxs polisə və mülki şəxslərə atəş açıb.

Hadisə nəticəsində qadın polis əməkdaşı da yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Silahlı şəxs həbs olunub. Münhen polisi hadisənin terror aktı olmadığını bildirib.

Eyni zamanda, İsveçin paytaxtı Stokholmda da yaralanma ilə nəticələnən hadisə baş verib. Sürücü avtomobili piyadaların üzərinə sürüb. Hadisə nəticəsində bir nəfərin yaralandığı qeyd edilir. Sürücü qaçaraq hadisə yerindən uzaqlaşıb.

Bəxtiyar Abbasov

AzNews.az