Amerika Birləşmiş Ştatları hərbi qüvvələri Suriya səmasında İrana məxsus pilotsuz uçuş aparatını vurub. Amerika Birləşmiş Ştatları hərbi qüvvələri Suriya səmasında İrana məxsus pilotsuz uçuş aparatını vurub.

ABŞ qırıcısı İrana məxsus dronu vurdu

Amerika Birləşmiş Ştatları hərbi qüvvələri Suriya səmasında İrana məxsus pilotsuz uçuş aparatını vurub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dron Suriya hökumətini dəstəkləyən qüvvələr tərəfindən idarə olunub.

Pentaqonun məlumatına görə, dronun silahla təchiz olunduğu ehtimal edilib və koalisiya qüvvələrinə qarşı təhlükə törətdiyi üçün vurulub.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, hadisə bölgədə “terror mühitini daha da mürəkkəbləşdirib”.

ABŞ qırıcısı ötən gün Suriyaya məxsux hərbi təyyarəni vurub. Rəsmi Moskva hadisədən dərhal sonra Suriya səmasında təhlükəsizliyə dair ABŞ-la əldə olunan razılaşmanı dayandırdı.

Bəxtiyar Abbasov

AzNews.az