Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərində baş verən partlayış zamanı ölənlərin sayı 37-yə çatıb. Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərində baş verən partlayış zamanı ölənlərin sayı 37-yə çatıb.

Pakistanda partlayış - 37 ölü, 150 yaralı + Yenilənib

Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərində baş verən partlayış zamanı ölənlərin sayı 37-yə çatıb.

AzNews.az Frans Press agentliyinə istinadən xəbər yerir ki, hadisə nəticəsində 150 nəfər yaralanıb.

***

19:16

Pakistanın Paraçinar şəhərində iki partlayış baş verib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində 25 nəfər ölüb, 100 nəfər isə yaralanıb. Regionun təhlükəsizlik xidmətinin səlahiyyətli şəxslərindən olan Sabir Hüseyn partlayışın avtobus dayanacaqlarının olduğu Turi bazarında baş verdiyini bildirib. O, qeyd edib ki, ilk yardım qrupları və vətəndaşlar kömək etmək üçün hadisə yerinə gələn zaman daha bir partlayış olub. Hadisənin terror aktı olduğu bildirilir. Lakin, hələ ki, məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib. Yaralıların daşınması üçün iki helikopter sövq edilib