"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lennonun onu öldürən şəxs üçün imzaladığı "Double Fantasy" albomu hərraca çıxarılır. "The Beatles" qrupunun əfsanəvi üzvü Con Lennonun onu öldürən şəxs üçün imzaladığı "Double Fantasy" albomu hərraca çıxarılır.

Con Lennonun qatili üçün imzaladığı albom hərraca çıxarılır - yarım milyon dollara

"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lennonun onu öldürən şəxs üçün imzaladığı "Double Fantasy" albomu hərraca çıxarılır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhurların əşyalarını satan Moments in Time agentliyi yeni lotun ilkin satış qiymətinin 500 min dollar olacağını bildiriblər.

Lennon 1980-ci ildə dekabrın 8-də öldürülüb.

Mark Çepmen Lennonun Manhettendə yerləşən evinin qarşısında ondan avtoqraf alıb, cəmi 5 saat sonra isə ona atəş açaraq öldürüb.

Əfsanəvi musiqiçi "Double Fantasy" albomunu həyat yoldaşı Yoko Ono ilə birlikdə yazdırıb.