Venesuelada hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı yaranan qarşıdurmalarda ölənlərin sayı 103-ə çatıb. Venesuelada hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı yaranan qarşıdurmalarda ölənlərin sayı 103-ə çatıb.

Qarşıdurmalar nəticəsində ölənlərin sayı artdı - 103 nəfər

Venesuelada hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı yaranan qarşıdurmalarda ölənlərin sayı 103-ə çatıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, son sutka ərzində Merida ştatında baş verən qarşıdurmada daha 3 nəfər ölüb.

Məlumata görə, təhlükəsizlik qüvvələri fəallara odlu silahdan atəş açıblar.

Venesuela Ali Məhkəməsi aprel ayında ölkə müxalifətinin Milli Assambleyada səlahiyyətlərini məhdudlaşdırıb. Etirazlardan sonra Ali Məhkəmə qərarı ləğv etmişdi. Lakin, müxalifət Ali Məhkəmə üzvlərinin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Bəxtiyar Abbasov

AzNews.az